Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Cennifer Lopez: "Ərim üçün narahat olmasınlar! O xoşbəxtdir" - FOTO

Tarix :
Cennifer Lopez: "Ərim üçün narahat olmasınlar! O xoşbəxtdir" - FOTO

Məşhur müğənni Cennifer Lopezin aktyor əri Benn Afflekin daim gülməyən, kədərli siması onu sevənləri narahat edib.
Xarici KİV xəbər verir ki, Lopez ilk dəfə bu barədə ilk dəfə açıqlama verib.
O "Entertainment Tonight" müsahibəsində Afflekin kədərli simasının onun narahat etmədiyini bildirib:
"Bu mövzuda mən rahatam. Onlar niyə bu qədər narahat olurlar, bilmirəm. Ben olduqca yaxşıdır. Sadəcə bunu deyə bilərəm ki, ərim üçün narahat olmasınlar! O xoşbəxtdir."
Xatırladaq ki, Cennifer Lopez Benn Afflekdən əvvəl üç dəfə evlənib. Mark Entoni, Kris Cudd və Ocani Noa onun ərləri olublar.
Lopez 4-cü dəfə 2022-ci ildə Las Veqasda aktyor Benn Affleklə evlənib.