Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Cəlilabadda yol qəzası olub, 3 nəfər yaralanıb

Tarix :
Cəlilabadda yol qəzası olub, 3 nəfər yaralanıb

Cəlilabad rayonunda iki minik avtomobili toqquşub, üç nəfər xəsarət alıb.
Hadisə rayonun Suluçeşmə kəndi ərazisində qeydə alınıb.
Hadisə zamanı "VAZ-2107" və "Mercedes" markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində 1966-ci il təvəllüdlü Ə.Süleymanov, 1985-ci il təvəllüdlü A.Mənsimov, 2007-ci il təvəllüdlü D.Mənsimova xəsarət alıb. Yaralılar rayon xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.