Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Bakıda qadın sürücü piyadanı vurub öldürdü

Tarix :
Bakıda qadın sürücü piyadanı vurub öldürdü

Paytaxtın Suraxanı rayonu Südçülük sovxozu ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bu gün saat 12 radələrində Bakı şəhər sakini Günel Tağıyeva idarə etdiyi “Chevrolet” markalı avtomobillə 1953-cü il təvəllüdlü Xalidə Məmmədovanı vurub.
Xəsarət alan şəxs hadisə yerində ölüb. 
Sürücü saxlanılıb. Faktla bağlı araşdırma aparılır.