ABŞ hərbi helikopteri okeana düşdü

Tarix :
ABŞ hərbi helikopteri okeana düşdü

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus MH-60R Seahavk helikopteri Sakit okeana düşüb.
Bu barədə "Associated Press" agentliyi məlumat yayıb.
Helikopter təlim zamanı Kaliforniya sahillərində qəzaya uğrayıb : "Qəzaya uğrayan helikopterin ekipajının altı üzvü sahilə çıxarılıb, tibbi xidmət göstərilir".