Səfir yalan ifadələrinə görə Gürcüstan XİN-ə çağırıldı

Tarix :
Səfir yalan ifadələrinə görə Gürcüstan XİN-ə çağırıldı

Danimarkanın səfiri Anna Toft Gürcüstan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Bu barədə Gürcüstan XİN bəyanat yayıb. 
Səfirin yalan ifadələr verdiyi üçün dəvət edildiyi qeyd olunub: "Danimarka səfiri ölkənin keçmiş baş naziri və “Gürcü Arzusu”nun qurucusu Bidzina İvanişvilini 90-cı illərdə Rusiyada sərvət qazanmış oliqarx adlandırıb".