Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Suriyadan Türkiyə ərazisinə 5 raket atıldı: Ölən və yaralananlar var

Tarix :
Suriyadan Türkiyə ərazisinə 5 raket atıldı: Ölən və yaralananlar var

Terror təşkilatı YPG/PKK üzvləri tərəfindən Suriyanın şimalından Qaziantepin Karkamış rayonuna 5 raket atılıb.
“Anadolu” agentliyi xəbər verir ki, yaşayış məntəqələrinə düşən raketlər nəticəsində 2 nəfər həyatını itirib, 2-si ağır olmaqla 6 nəfər yaralanıb.
Raketlər rayon mərkəzindəki lisey və iki evə, həmçinin Karkamış Sərhəd Qapısı yaxınlığında bir yük maşınına düşüb.
Hadisə yerinə çoxlu sayda xilasedici qruplar göndərilib.