Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Yaşar Nurinin qızı: “Anama zəng edib deyirdilər ki, ərin filan yerdə...”

Tarix :
Yaşar Nurinin qızı: “Anama zəng edib deyirdilər ki, ərin filan yerdə...”

Mərhum Xalq artisti Yaşar Nurinin qızı, müğənni Ülkər Yaşarqızının bir neçə gün öncə xəyanətlə bağlı efirdə verdiyi açıqlama müzakirələrə səbəb oldu. Bəzi izləyicilər müğənninin xəyanət edən şəxsə şans verməsi ilə bağlı dediyi bu fikirlərə etiraz etdi.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan Ü.Yaşarqızı bildirib ki, qarşıdakı insana bir dəfə şans verməyin tərəfdarıdır:
“Hərənin bir xarakteri, bir düşüncəsi var. Hamının həyata bir baxışı var. Mən düşünürəm ki, Allah bağışlayandırsa, biz bəndələr kimik ki? Əgər insana bir dəfə şans verirsənsə və o şansdan həmin adam ikinci dəfə də eyni qaydada sui-istifadə edirsə, yenidən eyni hərəkəti edirsə, o zaman həmin insandan uzaqlaşmaq lazımdır. Amma ortada övlad varsa, nəyinsə xatirinə qadın jest edib ailəni saxlaya bilər, çünki ailəni qoruyan, bir yerdə cəmləşdirən həmişə qadındır.
Mən bağışlamaq, şans vermək barədə efirdə elə danışmışam, bəli, çünki mən gözümü açıb ailədə də elə görmüşəm. Mən elə bir ailədə böyümüşəm ki, atam tanınmış sənətkar olub, amma bizim ailədə bir gün belə qısqanclıq mövzusu ilə bağlı söz-söhbət olmayıb. Çünki mənim atam evinə, ailəsinə qarşı o qədər diqqətcil, qayğıkeş olub ki, kənarda nə isə edibsə belə biz onu bilməmişik, heç hiss də etməmişik. Bizim evimizə bəzən zənglər olurdu ki, yoldaşın filan yerdə filankəslədir, amma mənim anam onlara yerindəcə cavab verirdi ki, yaxşı edir, kişi xeylağıdır, özü bilər”.  
Keçmiş həyat yoldaşından danışan ifaçı onun dəfələrlə barışmaq istədiyini, lakin bunu qəbul etmədiyini deyib:
“Biri var ki, kişi sənin gözünün içinə baxa-baxa, hörmətsiz şəkildə xəyanət edir, biri də var ki, ailəndə hər şey yaxşıdır, amma sən qurdalayıb nə isə tapırsan. Sən hər şeyi qurdalasan təbii ki, ailən dağıla bilər.
O ki, qaldı mənim keçmiş həyat yoldaşıma, mən deməmişəm ki, gəlsə, bağışlayaram. O, onsuz da dəfələrlə mənimlə barışmaq istəyib, amma mən barışmamışam. Olub ki, Bakıya gəlib, bağışlasa idim, onda bağışlayardım. Məsələ bu deyil, sadəcə biz oturub söhbət etdik və mən başa düşdüm ki, bir insanın xarakterində məsuliyyət yoxdursa, ailəsinə dəyər verməyi bacarmırsa, o insan heç vaxt ailə başçısı ola bilməz. Ailə başçısı olmaq tamam fərqli bir şeydir. 10 ildən çox müddət keçdikdən sonra barışıb, yenidən heç nə olmamış kimi ailə həyatına davam etmək, məncə, düzgün deyil. Amma belə oturub söhbət edərəm, danışaram, düşmən deyiləm ki”.
Müğənni gənc cütlüklərə də məsləhət verib:
“Gənc cütlüklərə isə xoşbəxtlik arzu edirəm. Düşünürəm ki, qarşındakına xəyanət etmək yaxşı hal deyil, bunu heç kimə arzulamıram. Amma hər şey insanın özündən, tərbiyəsindən, ailədə gördüyündən asılıdır. İndiki zəmanədə bir şey olmamış hamısı əşyalarını yığır, çıxır gedir ki, mən dözə bilmirəm, xəyanət edirsən. Çünki özləri qurcalayırlar. O vaxt mənim anamın ixtiyarı nə idi ki, atamın telefonuna baxsın, yaxud cibinə girsin. O vaxt belə şey olmayıb, amma indi hər şey başqa cürdür, zəmanə də, xanımların xasiyyəti də, kişilərin xarakteri də dəyişib. Düşünürəm ki, ilk gündən kişi ailədə qanunu necə qoyursa, xanımına hörmət edirsə, belə də davam edir. Fərqi yoxdur, istər həyat yoldaşı olsun, istər sevgilisi, istərsə də sadəcə sevdiyi olsun. Hər kəs hər bir halda yerini bilməlidir”.