Xankəndidə 11 qumbara, 3 avtomat və digər silahlar aşkarlandı

Tarix :
Xankəndidə 11 qumbara, 3 avtomat və digər silahlar aşkarlandı

Xankəndi şəhərində odlu silahlar aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yanvarın 10-da Xankəndi şəhəri ərazisində 3 ədəd müxtəlif markalı avtomat silahı, 1 ədəd tüfəng, 11 ədəd qumbara, 22 ədəd patron darağı, 1988 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.