
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Alabama ştatında ilk dəfə azotla boğulma yolu ilə edama icazə verilib.
RBK xəbər verir ki, 1988-ci ildə arvadını öldürməkdə təqsirli bilinən Kennet Smitin yanvarın 25-də edam edilməsi planlaşdırılır.
58 yaşlı Kennet Smitin vəkilləri proseduru qəddar və eksperimental adlandırıb və tənqid ediblər.
Ölüm hökmünün icrası üçün azotdan istifadəyə artıq üç Amerika ştatı - Alabama, Missisipi və Oklahoma tərəfindən icazə verilib, lakin bu prosedur indiyədək həyata keçirilməyib.