
ABŞ dövlət katibi Antoni Blinken Tel-Əvivdə İsrail rəsmiləri ilə görüşdə “HƏMAS-ı tamamilə aradan qaldırmağın mümkün olmadığını” deyib.
Bu barədə İsrailin "Kanal 13" telekanalı məlumat yayıb.
Xəbərlə bağlı İsrail və ABŞ-dən heç bir açıqlama verilməyib.
Qeyd edək ki, Yaxın Şərq turu çərçivəsində Türkiyə, İordaniya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, İsrail və işğal altındakı İordan çayının qərb sahili və Bəhreynə gedən Blinkenin Misirə də səfər etməsi gözlənilir.