Ekvadorda 329 dəstə üzvü saxlanıldı

Tarix :
Ekvadorda 329 dəstə üzvü saxlanıldı

Ekvadorda həbsxanadan qaçan "Los Çoneros" dəstəsinin lideri Adolfo Macias Villamarın tutulması üçün xüsusi qrup yaradılıb.
Xarici KİV bildirir ki, bu barədə  Ekvador Silahlı Qüvvələrinin Birgə Komandanlığının rəhbəri Jaime Vela mətbuat konfransında deyib.Onun sözlərinə görə,  ölkə daxilində həyata keçirilən əməliyyatlarda 329 dəstə üzvü saxlanılıb, 5 dəstə üzvü isə öldürülüb.
Bununla yanaşı, qonşu Peru da Ekvadorda baş verən hadisələrlə əlaqədar 5 sərhəd bölgəsində fövqəladə vəziyyət elan edib.