Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Rayonlarda yağıntılı hava davam edir - FAKTİKİ HAVA + YENİLƏNİB

Tarix :
Rayonlarda yağıntılı hava davam edir - FAKTİKİ HAVA + YENİLƏNİB

Yanvarın 10-u saat 18:00-a olan məlumata əsasən Azərbaycanın rayonlarında yağıntılı hava şəraiti davam edir.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Belə ki, Quba, Qobustan, Yevlax, Kürdəmir, Şamaxı, Beyləqan, Gədəbəy, Hacıqabul, Mingəçevir, Naftalan, Şəmkir, Sabirabad, Xaltan, Zərdab, Daşkəsən, Goranboy, Yardımlı, Qax, Göygöl, Salyan, İmişli, İsmayıllı, Biləsuvar, Ağdam, Şəki, Cəfərxanda qar, Zaqatala, Gəncə, Göyçay, Lənkəran, Astara, Neftçala, Şərur, Ordubad, Culfa, Şahbuz, Oğuz, Balakəndə isə yağış yağır.
Şəki, Quba, Oğuz, Xaltan, Daşkəsən, Lerik, Göygöl, Qax, Hacıqabul, Şamaxıda duman müşahidə olunur.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında, eləcə də Aran rayonlarında 4 dərəcəyədək isti, Naxçıvan MR-da 2-8 dərəcə isti, dağlıq rayonlarda 0 dərəcəyə yaxın, yüksək dağlıq ərazilərdə isə 5 dərəcəyədək şaxta qeydə alınıb.
01:00
Ölkə ərazisində yanvarın doqquzu axşam saatlarından başlayaraq havə şəraiti dəyişib, şimal-qərb küləyi bəzi yerlərdə güclənib.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, yanvarın 10-u saat 00:00-a olan məlumatına əsasən hazırda küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25 m/s, Şəkidə 18 m/s, Şabranda 16 m/s-dək çatıb.
Zaqatala, Xaçmaz, Ceyrançöl, Qubada yağış, Qaxın dağlıq ərazilərinə qar yağıb.