Mətanət İsgəndərli: “Kəfəni yırtdım”

Tarix :
Mətanət İsgəndərli: “Kəfəni yırtdım”

"Koronavirusa Moskvada yəhudilərin toyunda yoluxdum. Sonra eşitdim ki, toyda olan hamı xəstə imiş. Artıq həyatla vidalaşırdım".
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli "Evdəkilərə salam" verilişində deyib.
O, koronavirusa yoluxmasından, keçirdiyi ağır günlərdən danışıb:
"Kərimdə 40 faiz idi. Məndə isə daha çox oldu. Həkimlər dedi ki, gec gəlib, ümid yoxdur. Bütün günü yalvarırdım ki, Allah, güc ver, vətənimə gedim. Halım qalmamışdı. Ölürdüm. Sonra yalvardım ki, Allah, mənə 1 ay möhlət ver. Qızım Ülkər hamilə idi, ağır keçirdirdi. Deyirdim, qızımın övladı olsun, sonra ölüm. Ölümə hazır idim. Allah mənə güc verdi, kəfəni yırtdım".