
Ermənistanın Şirak bölgəsinin Arap qəsəbəsində ikisi rusiyalı hərbçi olmaqla 3 nəfər saxlanılıb.
Bu barədə erməni KİV məlumat yayıb.
Patrul xidməti əməkdaşları "Opel" markalı avtomobili yoxlamaq məqsədi ilə saxlayıb. Maşında narkotik tapılmasından sonra Rusiya Federasiyası Müdafiə Nazirliyinin hərbçiləri - A.P. və VT, həmçinin daha bir erməni həbs edilib.
Qeyd olunub ki, tutulan Rusiya vətəndaşları Ermənistandakı 102-ci hərbi bazanın zabitləridir.