“Fransa və Ermənistan bir-birinə bacı deyirlər... Onlar bir-birinə qardaş deyə bilərdilər, amma nədənsə bir-birinə bacı deyirlər".
Bunu Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev bu gün Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illiyi münasibətilə tədbirdəki çıxışında deyib.