
Havalar soyuduqca viruslar hər il olduğu kimi hərəkətə keçir. Ancaq bu dəfə qrip A, H1N1 (donuz qripi), Covid-19 variantı JN1 (Juno) və RSV (Respirator Sinsitial Virus) daxil olmaqla bütün bu sadalananlar xəstəliklərə yoluxma halların sayında ciddi artıma səbəb olub. Soyuq hava ilə artan yuxarı tənəffüs yolu infeksiyaları isə hər yaşda olan insanlarda müşahidə edilir.
Türkiyə mətbuatı xəbər verir ki, qardaş ölkədə yoluxma sayının artması yenidən tibbi maskalardan istifadəyə gətirib çıxarır.
Bildirilib ki, hazırda xəstəliyə yolxumaların 3-də 1-i Covid, 3-də 1-i A qripi, digərləri isə RSV olub. Covid-19 pandemiyası ilə əlaqədar xəstələr üçün karantin qaydaları ləğv edildiyindən həkimlər Covid və qrip kimi yoluxucu infeksiyalardan əziyyət çəkən insanların evdə dincəlməsini, çölə çıxmalı olanların isə maskadan istifadə etmələrini tövsiyə edir.
Həkim Tanıl Kocagözün sözlərinə görə, JN1-in bir çox ölkəyə yayılmasna əsas səbəb ehtiyat tədbirlərinin azalması və hava nəqliyyatı ilə səyahətlərin artmasıdır:
“JN1, yüzdə 1-2 nisbətində olsa belə, 65 yaşdan yuxarı, immun sistemi zəifləmiş və xərçəng xəstələrini reanimasiyaya yatırmaq və hətta ölümlə nəticələnə biləcək gücə malikdir. Əslində belə hallar artmağa başlayır. Hazırda biz Covid pandemiyası deyil, virus pandemiyası yaşayırıq. Hazırda hər şey bir-birinə qarşıb. Ümumilikdə 1 nəfər bu viruslardan sadəcə birinə yoluxur. Laskin bəzən istisna hallar yaşanır ki, eyni adamda 2-3 virusa rast gəlinə bilər. Bu ən təhlükəli şeydir. Ona görə də profilaktika üsullarına qayıtmalıyıq. Ehtiyacımız yoxdursa, izdihamlı, ictimai yerlərdə olmamalıyıq. Hətta ictimai nəqliyyata minməli, təyyarəyə minməli, bazara və ya ticarət mərkəzinə getməli olsaq belə, mütləq maskadan istifadə etməliyik. Sağlam və ya gənc olanlar bunlara əhəmiyyət vermir, amma evdə yaşlı və ya xəstə insanlar varsa, onlar da diqqətli olmalıdırlar. Ailələrə səslənirəm, xahiş edirəm xəstə uşaqlarınızı məktəbə göndərməyin”.