
Türkiyənin 12 vilayətdə Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı “Çimdik-3” əməliyyatı keçirilib.
Bu barədə daxili işlər naziri Ali Yerlikaya məlumat verib.
O, sosial media hesabından verdiyi açıqlamada, "Milli iradəmizə qarşı çevriliş etməyə cəhd edən FETÖ xainlərinin təqibindən əl çəkməyəcəyik", - deyib.
Nazir əməliyyat nəticəsində 38 nəfərin həbs edildiyini bildirib.