
Amerika Birləşmiş Ştatlarında (ABŞ) avtomobilini Ağ Evin xarici darvazasına vuran sürücü saxlanılıb.
Xarici KİV xəbər verir ki, bu barədə ABŞ Məxfi Xidməti açıqlama verib.
Bildirilib ki, bazar ertəsi yerli vaxtla saat 18:00-da Vaşinqtonda bir avtomobil Ağ Ev kompleksinin xarici darvazasına çırpılıb.
ABŞ Məxfi Xidmətinin sözçüsü Entoni Quqlielmi hadisənin araşdırıldığını və sürücünün nəzarətə alındığını bildirib.
Qeyd edilib ki, hadisə zamanı ABŞ prezidenti Co Baydenin Ağ Evdə olmaylb.
Ağ Evdən hələlik heç bir açıqlama verilməyib.