
44 günlük müharibədə Ermənistanın məşhur "Kimya Bölməsi"nin 40 hərbçisinin ölümü, əsir və itkin düşməsi ilə bağlı iş üzrə məhkəmə iclası başlayıb.
Bu barədə erməni KİV məlumat yayıb.
Qeyd olunub ki, 2020-ci il oktyabrın 21-də Zəngilanda 62 hərbçidən ibarət qrup mühasirəyə alınıb. Əsgərlərdən 40-ı öldürülüb, digərləri əsir və ya itkin düşüb.
Hadisə ilə bağlı dörd zabit ittiham olunur: Silahlı Qüvvələrin Baş Qərargah rəisinin keçmiş müavini Andranik Makaryan, adıçəkilən hərbi hissənin komandiri Arsen Abqaryan, hərbi hissənin qərargah rəisi Sarqis Kulakçyan və hərbi hissənin çağırış şöbəsinin rəisi Ellada Arutyunyan.