Ərdoğan 9-cu dəfə baba oldu

Tarix :
Ərdoğan 9-cu dəfə baba oldu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 9-cu dəfə baba olub. 
“Anadolu” agentliyi xəbər verir ki, Ərdoğanın qızı Sümeyya Bayraktar ikinci övladını dünyaya gətirib. 
Məlumata görə, Ərdoğan xəstəxanaya gedərək Sümeyya və Selçuk Bayraktar cütlüyünü ziyarət edib. 
Yeni doğulan körpəyə Asım Özdemir adı verilib.
Selçuk Bayraktar da öz növbəsində ikinci dəfə ata olması münasibətilə “X” hesabında paylaşım edib və öz sevincini izləyiciləri ilə bölüşüb.