
Türkiyənin İstanbul şəhərinə ilin ilk qarı yağır.
Türkiyə KİV xəbər verir ki, yağan leysandan sonra başlayan qar tədricən öz təsirini artıraraq meqapolisin bəzi yerlərində tutma həddinə çatıb.
Hətta şəhərin bəzi hissəsində insanlar qartopu da oynaya biliblər.
Hazırda Avropa Yaxasında Silivri, Büyükçekmece, Beylikdüzü, Avcılar, Esenyurt və Kağıthanedə sulu qar müşahidə olunub.
Anadolu Yaxasında isə Kartal, Pendik, Tuzla, Ümraniye, Ataşehir və Üsküdar Çamlıca Təpəsində qarla qarışan fasilələrlə yağış müşahidə edilir.
Anadolu Yaxasında yüksək yerlərdən biri olan Aydos Meşəsinə fasilələrlə qar yağmağa başlayıb.
Qeyd edək ki, gecə saatlarından etibarən şəhərdə temperaturun 8-10 dərəcə düşəcəyi ehtimal olunur.