Karapetyanı güllələyərək öldürən əsgər həbs edildi - YENİLƏNİB

Tarix :
Karapetyanı güllələyərək öldürən əsgər həbs edildi - YENİLƏNİB

Ermənistanın N saylı hərbi hissəsində zabit Karen Arayik Karapetyanı güllələyərək öldürən əsgər həbs edilib. 
Bu barədə Ermənistan Müdafiə Nazirliyi Hərbi Polisinin Vardenis İdarəsi məlumat yayıb. 
Faktla bağlı Cinayət Məcəlləsinin 155-ci maddəsinin 1-ci hissəsi ilə cinayət işi başlanıb. İstintaq qrupu yaradılıb.
***11:03
Ermənistanın Vardenis bölgəsində hərbçilərdən biri ona təhkim olunmuş silahla qətl törədib. 
Bu barədə erməni KİV məlumat yayıb. 
Məlumata görə, yanvarın 9-u səhər saatlarında çağırışçılardan biri onunla eyni postda xidmət edən zabit Karen Arayik Karapetyanı güllələyib. 
Fakt araşdırılır.