Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Azərbaycanda naməlum şəxslər məktəbliyə HÜCUM ETDİ

Tarix :
Azərbaycanda naməlum şəxslər məktəbliyə HÜCUM ETDİ

Lənkəran rayonunda məktəbli naməlum şəxslər tərəfindən döyülüb.
 
Report xəbər verir ki, hadisə ötən gün axşam saatlarında qeydə alınıb.
Belə ki, Viyən kənd tam orta məktəbinin XI sinif şagirdi, 2006-cı il təvəllüdlü Qədirov İsmət Amil oğlu naməlum şəxslərin hücumuna məruz qalıb.
O, Lənkəran Mərkəzi Xəstaxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Şagirdin vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.