İranda sərnişin avtobusu aşdı - 7 nəfər öldü

Tarix :
İranda sərnişin avtobusu aşdı - 7 nəfər öldü

İranda sərnişin avtobusunun aşması nəticəsində 7 nəfər ölüb. 
“Mehr” xəbər verir ki, bu barədə İran Qızıl Aypara Cəmiyyətinin Loristan üzrə şöbəsinin başçısı Məhəmməd Qadami bildirib.
Hadisə Tehran-Xürrəmabad avtomobil yolunda baş verib.
M.Qadami deyib ki, avtobus yolda iki yük maşını ilə toqquşaraq aşıb.