
Almaniyada fermerlər traktorlarla yolları bağlayaraq etiraz aksiyası keçirirlər.
“Reuters” xəbər verir ki, Almaniya hökumətinin kənd təsərrüfatına subsidiyaları ləğv etmək planlarına cavab olaraq bir həftəlik ümummilli etirazlar elan edilib.
Etirazlar ölkənin bütün 16 federal əyalətində keçiriləcək və yanvarın 15-də Berlində başa çatacaq.
Hökumətin onları vergi güzəştlərindən və dizel yanacağına endirimlərdən məhrum etmək planlarına görə fermerlər səhər tezdən magistral yolları bağlayır və nümayişlər keçirirlər.