BƏƏ-nin Prezidenti Heydər Əliyevin məzarını ziyarət edib - FOTOLAR (YENİLƏNİB)

Tarix :
BƏƏ-nin Prezidenti Heydər Əliyevin məzarını ziyarət edib - FOTOLAR (YENİLƏNİB)

Ölkəmizdə rəsmi səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan yanvarın 8-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarını ziyarət edib.
Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Ulu Öndərin xatirəsini ehtiramla yad edib, abidəsi önünə əklil qoyub.
*** 17:30
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan yanvarın 8-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanı Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər qarşılayıblar.
  • BƏƏ-nin Prezidenti Heydər Əliyevin məzarını ziyarət edib - FOTOLAR (YENİLƏNİB)
  • BƏƏ-nin Prezidenti Heydər Əliyevin məzarını ziyarət edib - FOTOLAR (YENİLƏNİB)