
ABŞ Dövlət katibi Antoni Blinken Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Məhəmməd bin Zayid Al Nəhyanla görüşüb.
"Al Jazeera" xəbər verir ki, ABŞ rəsmisi bu barədə öz "X" hesabında bildirib.
Tərəflər İsrail-HƏMAS müharibəsinin regiona yayılmasının qarşısını almaq və Qəzzaya humanitar yardımların göndərilməsi məsələlərinə toxunublar.