Pakistanda polis avtomobili partladıldı - Ölənlər var

Tarix :
Pakistanda polis avtomobili partladıldı - Ölənlər var

Pakistanın şimal-qərbindəki Xayber-Paxtunxva əyalətinin Bacaur rayonunda baş verən partlayış nəticəsində azı 5 polis ölüb, 10-u yaralanıb.
Bu barədə "Daily Pakistan" qəzeti məlumat yayıb. 
"Polis maşını partlayıb. Poliomielit peyvəndi zamanı təhlükəsizliyin təmin edilməsinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib", -  KİV qeyd edib.