
Tacikistan Milli Məclisinin sədri Rüstəm İmoməli Rəhmon İrana gedib.
Təsnim xəbər verir ki, ikigünlük rəsmi səfər çərçivəsində o, İslam Respublikasının bir sıra rəsmi şəxsləri ilə ikitərəfli görüşlər keçirəcək.
R. İmoməlinin İrana gəlişindən bir neçə gün əvvəl Kirmanda tacik mənsubiyyətli İŞİD-çi terror aktında iştirak edib.
Bundan əvvəl isə Şirazdakı "Şahçeraq" ziyarətgahında terror aktı törətməkdə ittihamlanmış Rəhmətullah Novruzovun bu həftə edam olunması gözlənilir.
Xatırladaq ki, "Şahçeraq"dakı ilk terror aktında da Tacikistan əsilli şəxslər iştirak ediblər.