Türkiyəli məşhur aktrisa Burcu Özberk iş adamı Murat Kazancıoğlu ilə İstanbul gecələrində görüntülənib.
Jurnalistlərin suallarından qaçan ikili "Biz sadəcə dostuq" deyərək ərazidən uzaqlaşıblar.
KİV-də yer alan xəbərlərə görə, Burcunun Muratla yeni eşq münasibətlərinə başladığı iddia olunub.
Qeyd edək ki, zəngin iş adamı Murat Kazancıoğlu model Şevval Şahinlə ötən həftə sevgi münasibətlərinə son qoyub.



