
Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In qızı ilə birlikdə ballistik raket zavoduna baş çəkib.
Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.
KXDR rəhbərinin raket zavoduna baş çəkməsi Qərbə mesaj kimi qiymətləndirilib.
Şimli Koreya lideri müxtəlif taktiki-strateji silahlar üçün reaktiv daşıyıcı raketlərin istehsal gücünün artırılması ilə bağlı tədbirlər görmək barədə göstəriş verib.