Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Kolumbiyada silahlı toqquşma - ÖLƏNLƏR VAR

Tarix :
Kolumbiyada silahlı toqquşma - ÖLƏNLƏR VAR

Kolumbiyanın Putumayo departamentində iki qeyri-qanuni silahlı qruplaşmanın üzvləri arasında atışma baş verib.
Xarici mətbuat xəbər verir ki, bu barədə ölkənin Ombudsmeninin Aparatının açıqlamasında bildirilib.
Məlumata əsasən, silahlı toqquşmalar zamanı azı 18 nəfər həlak olub.
Qeyd edilir ki, silahlı toqquşmada "Komandos de la frontera" bandası və ləğv edilmiş "Kolumbiyanın İnqilabçı Silahlı Qüvvələri" üsyançı təşkilatının keçmiş üzvləri tərəfindən yaradılmış "Karolina Ramirez Cəbhəsi" cinayətkar qruplaşması iştirak edib.
Silahlılar Ekvadorla sərhəd zonada narkotik ticarətinə nəzarət etmək üçün mübarizə aparırlar.