Sumqayıtda FACİƏ: evə kamera quraşdıran kişi öldü

Tarix :
Sumqayıtda FACİƏ: evə kamera quraşdıran kişi öldü

Sumqayıtda kişi hündürlükdən yıxılaraq ölüb.
APA xəbər verir ki, hadisə “Qurd dərəsi”ndə baş verib.
1962-ci il təvəllüdlü Adıgözəlov Semur Dadaş oğlu öz yaşadığı evdə kamera düzəltmək üçün ikinci mərtəbəyə çıxıb. Hündürlükdən yıxılan Semur Adıgözəlov hadisə yerində ölüb.

Fakt araşdırılır.