
Türkiyədə azərbaycanlı həyat yoldaşını döyən və qolunu sındıran şəxs məhkəmə tərəfindən həbs edilib.
Hadisə Samsunun Canik rayonunun Uludağ məhəlləsində baş verib.
Belə ki, S.A. adlı şəxs azərbaycanlı həyat yoldaşı, 2 uşaq anası olan Z.H.A. ilə evdə mübahisə edib. Mübahisə zamanı həyat yoldaşı tərəfindən döyüldüyü iddia edilən Z.H.A.-nın sol qolu sınıb. Azərbaycanlı qadın xəstəxanaya yerləşdirilib və hazırda müalicə olunur.
Nöbətçi məhkəmə tərəfindən həbsinə qərar verilən S.A. Samsun qapalı həbsxanasına göndərilib.