Gürcüstanda bank filialına silahlı hücum edən şəxs saxlanılıb.
Bu barədə ölkənin Daxili İşlət Nazirliyi məlumat yayıb

Onun hücumu nəticəsində xəsarət alan olmayıb. Cinayəti törətməkdə şübhəli bilinən şəxs bankdan pul götürə bilməyib, lakin qaça bilib.
Nazirliyin məlumatına görə, saxlanılan 40 yaşlı kişi quldurluq və qanunsuz olaraq odlu silah əldə etmək, saxlamaq və gəzdirməkdə təqsirləndirilir. Onu 7 ilə qədər həbs gözləyir.
