Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Aparıcı keçmiş arvadı haqda danışmaqdan imtina etdi

Tarix :
Aparıcı keçmiş arvadı haqda danışmaqdan imtina etdi

Aparıcı Şəhriyar Əbilov müsahibə verib.
Olay xəbər verir ki, o, "MTV Magazin"ə danışıb.
Şəhriyar keçmiş xanımı Oksana Rəsulova ilə bağlı sualları cavablandırmayacağını bildirib:
"Sürprizlərlə doluyam, müsbət enerjiliyəm. Müsahibə vermək istəmirdim. Bundan sonra da istədiyiniz mövzularda danışmayacam. Keçmiş keçmişdə qalıb, gələcəyə baxmaq lazımdır. Hər şey ola bilər. Bir də gördüz elə bir eşqə rast gəldim ki, o, həyatımı 180 dərəcə yox, tamamilə dəyişdi.
Hər kəs həyatda öz yarını axtarır, hamıya nəsib olsun o yarı tapmaq ki, sizi güclü lider etsin. Hazırda hər şeyə Allahın bir sınağı kimi baxmaq lazımdır. Nə olursa, Tanrı sizi sevdiyindən verir. Övladımız hər ikimizin də yanındadır. Düşmənliyimiz yoxdur, hər şey yaxşıdır. Hər bir kəsin, həyatımda olan insanların, xoşbəxtliyini istəyirəm. Hər kəs öz arzusuna doğru gedir, o arzu onları yaxşı tərəfə yönəltsin, pisə yox".
Qeyd edək ki, Şəhriyarla Oksananın Osman adlı bir oğlu var.