İranda Süleymaninin məzarı yaxınlığında terror aktı törədildi - 73 ölü (VİDEO/YENİLƏNİB)

Tarix :
İranda Süleymaninin məzarı yaxınlığında terror aktı törədildi - 73 ölü (VİDEO/YENİLƏNİB)

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qüds Qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin Kermandakı məqbərəsinə aparan küçədə baş verən partlayış zamanı ölənlərin sayı 73-ə çatıb.
Yaralı sayı 170-dən çoxdur.
***
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qüds Qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin Kermandakı məqbərəsinə aparan küçədə baş verən partlayış zamanı ölənlərin sayı 53 nəfərə çatıb, 70-dən çox insan yaralanıb. 
Bu barədə "Mehr" informasiya agentliyi məlumat yayıb.
Ölən və yaralananlarının sayının artacağı ehtimalı var. 
***
Bu gün İranın cənub-şərqində Kirman vilayətində iranlı general Qasim Süleymaninin ildönümü ilə əlaqədar keçirilən yürüşdə 2 ardıcıl partlayış baş verib.
Xarici mətbuat xəbər verir ki, Süleymaninin məzarı yaxınlığında baş verən partlayışlarda indiyədək azı 20 nəfərin öldüyü, 50 nəfərin yaralandığı təsdiqlənib.
İranın Kirman vilayəti valiliyi baş verən partlayışları terror aktı adlandırıb.
Qeyd edilb ki, İranın İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) generalı Qasim Süleymaninin dəfn olunduğu qəbiristanlığa gedən yolda iki ayrı-ayrı məkanda iki bomba partladılıb.
Xatırladaq ki, iranlı general Qasim Süleymani 2020-ci ildə ABŞ-nin hücumu nəticəsində İraqda ödürülüb.