Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

2023-cü ildə pensiyaların 14 faiz artması gözlənilir

Tarix :
2023-cü ildə pensiyaların 14 faiz artması gözlənilir

2022-ci ilin yanvar-oktyabr aylarında pensiyaların orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 12 faiz artaraq 371 manata çatıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, yaşa görə pensiyaların orta aylıq məbləği 11 faiz artaraq 399 manat təşkil edib.
2022-ci ilin 10 ayında pensiyaların ödənişinə yönəldilən vəsaitin həcmi 7 faiz və ya 270 milyon manat artaraq 4 milyard 114 milyon manat olub.
Yeni qanun layihəsinə əsasən, gələn il üzrə pensiyaların ödənişi üçün ayrılan vəsaitin builkinə nisbətən 650 milyon manat və ya 12 faiz çox olacağı gözlənilir.
Gələn il pensiyaların orta aylıq məbləğinin builkindən 14 faiz çox olmaqla 423 manat, yaşa görə pensiyaların orta aylıq məbləğinin isə builkindən 14,5 faiz çox olmaqla 456 manat olacağı proqnozlaşdırılır.