Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

İrandan gətirilən siqaretləri portağal yeşiklərində gizlətdilər - Fotolar

Tarix :
İrandan gətirilən siqaretləri portağal yeşiklərində gizlətdilər - Fotolar

Dövlət Gömük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində hüquqi şəxs “Suma-94” MMC-nin İrandan idxal etdiyi portağal yükünü daşıyan 99 DE 312 / 99 ZB 124 dövlət nömrə nişanlı yük avtomobilinə Xocasən gömrük postunda baxış keçirilib. Baxış zamanı portağal məhsulunun içərisindəki 198 ədəd plastik yeşiklərdə, məhsuldan fərqlənməməsi üçün portağal meyvəsinin təsviri olan 3D formatlı kağıza bükülü vəziyyətdə gömrük nəzarətindən gizlədilmiş, Azərbaycana məxsus aksiz markası ilə markalanmamış 23846 qutu “Kent”, 7980 qutu “Marlboro”, 500 qutu “Parliament”, 15000 qutu “Milano” və 90 qutu “Senator” markalı olmaqla, ümumilikdə 948320 ədəd siqaret aşkar edilərək götürülüb.
Bu barədə DGK-nin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
Bildirilib ki, bu qanunsuz əməllərin törədilməsində iştirakı olan şəxslərin dairəsinin müəyyənləşdirilməsi üzrə tədbirlər davam etdirilir.