
Şimali Koreya lideri Kim Çen In ilk dəfə qızını ictimaiyyət qarşısında göstərib.
"Yonhap News" xəbər verir ki, siyasətçi qızı və xanımı ilə birlikdə “Hvason-17” qitələrarası ballistik raketinin sınaq buraxılışını həyata keçirib.
Müvafiq kadrları Koreyanın Mərkəzi Teleqraf Agentliyi yayıb.