Qatarda yanğın: 9 nəfər xəsarət aldı

Tarix :
Qatarda yanğın: 9 nəfər xəsarət aldı

ABŞ-nin San-Fransisko şəhərində Orinda stansiyası yaxınlığında yüksək sürətli qatar relsdən çıxıb və alovlanıb, nəticədə azı 9 nəfər xəsarət alıb.
Bu barədə CBS news məlumat yayıb.
Bildirilib ki, iki vaqon relsdən çıxaraq alovlanıb. Sərnişinlər təxliyə edilib və yanğın söndürülüb.
Zərərçəkənlər yüngül xəsarətlərlə yerli xəstəxanaya çatdırılıb. Qatarda neçə nəfərin olduğu və hadisənin səbəbləri məlum deyil