
Türkiyənin paytaxtı Ankarada 37 yaşlı Yaşar Ç adlı şəx mübahisə etdiyi həyat yoldaşı Zülfü Ç-ni tapança ilə vuraraq qaçıb.
Hadisə yerinə polis əməkdaşları gəldikdən sonra şübhəlinin tutulması üçün əməliyyata başlayıb.
Çox keçməyib ki, hadisə yerinə yaxın boş sahədə avtomobildə partlayış olduğu barədə məlumat alıb. Vətəndaşların məlumat verməsi ilə hadisə yerinə gələn polis əməkdaşları Yaşar Ç.-nin içində olduğu avtomobili yandıraraq intihar etdiyini müəyyən edib.
Öldükləri müəyyən edilən Yaşar Ç və həyat yoldaşı Zülfü Ç-nin cəsədləri Kmorqa aparılıb.
Hadisə ilə bağlı istintaq davam edir.