
İsrail Qəzza zolağında saxlanılan girovların azad edilməsi ilə bağlı Qətər və Misir vasitəçiləri ilə HƏMAS-la yeni razılaşmanı rədd edib.
Axios xəbər verir ki, bu barədə İsrail rəsmi mənbələri danışıb.
Mənbələrdən biri deyib: "HƏMAS-dan ötən Bazar günü aldığımız təklif tamamilə əsassız idi Biz vasitəçilərdən daha məqbul bir təklif irəli sürməyə çalışmalarını xahiş etdik. Onlar bunun üzərində işləyirlər və görək nə baş verəcək".
Bununla belə, mənbə etiraf edib ki, vəziyyət “danışıqların başlamazdan əvvəlki mərhələdədir, onlar dalana dirənməyib, həm də hələlik ciddi irəliləyiş əldə etməyiblər”.
İsrail nümayəndələri girovlarla bağlı danışıqlara hazır olduğunu qeyd edib.