Yaponiyada zəlzələ: İtkilər sadalandı

Tarix :
Yaponiyada zəlzələ: İtkilər sadalandı

Bazar ertəsi Yaponiyada baş verən güclü zəlzələ nəticəsində azı 13 nəfər ölüb, onlarla insan yaralanıb.
Kyodo xəbər verir ki, zəlzələ İşikava prefekturasının Vacima şəhərində əhəmiyyətli struktur dağıntılarına və yanğınlara səbəb olub. 50-dən çox ev və tikili dağılıb, 100-dən çoxu yanğın zamanı zərər çəkib.
Dəmir yolu əlaqəsi pozulub, elektrik enerjisi kəsilib. Xilasedicilərin köməyinə ölkənin özünümüdafiə qüvvələrinin bölmələri göndərilib.
Zəlzələdən sonra sunami xəbərdarlığı edilib, lakin çərşənbə axşamı səhər saatlarında ləğv edilib.
Yanvarın 1-də Honsyu adasındakı Vacima şəhərindən 30 kilometr şərq-şimal-şərqdə, episentri İşikava prefekturasında 7,6 bal gücündə zəlzələnin baş verdiyi bildirilir. İlk təkandan sonra 80-dən çox afterşok baş verib.