Növbədənkənar prezident seçkiləri ilə əlaqədar çap olunacaq seçki bülletenlərinin sayı açıqlanıb

Tarix :
Növbədənkənar prezident seçkiləri ilə əlaqədar çap olunacaq seçki bülletenlərinin sayı açıqlanıb

2024-cü il növbədənkənar prezident seçkiləri ilə əlaqədar 6 milyon 524 min 203 seçki bülleteni çap ediləcək.

Bu barədə Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov MSK-nın bu gün keçirilən iclasında məlumat verib.

O bildirib ki, seçki bülletenlərində namizədlərin soy adı, adı, atasının adı əlifba sırası ilə göstəriləcək.