Yevlaxda maşın kanala düşdü - 1 nəfər öldü

Tarix :
Yevlaxda maşın kanala düşdü - 1 nəfər öldü

Yevlax şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
FHN xəbər verir ki, “Niva” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı kanala düşüb, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.