Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Saç tökülməsi problemi olanların nəzərinə! Bunu sınayanlar keçəllikdən XİLAS OLUR

Tarix :
Saç tökülməsi problemi olanların nəzərinə! Bunu sınayanlar keçəllikdən XİLAS OLUR

Saç tökülməsi ilə üzləşən bir çox insan ya kosmetik məhsullarda həll yolu axtarır, ya da apteklərdən ala biləcəkləri yarı-tibbi məhsullara etibar edir. Ancaq həm təbii, həm də təsirli olan bir müalicə ilə saç tökülməsinin qarşısını almaq mümkündür. 
Genetik quruluş, baş dərisində tər və yağ yığılması, qidalanma nizamsızlığı, stress, mövsümi keçid dövrləri və kimyəvi maddələrin həddindən artıq istifadəsi saç tökülməsinə səbəb olur. 
Hazırda dünyada 35 milyon kişi və 21 milyon qadın güclü saç tökülməsindən əziyyət çəkir. Son araşdırmalara görə, dünyada 56 milyon insanın saç tökülməsi ilə mübarizə aparır. 
Təbii üsullarla bu problemin qarşısını almaq mümkündür.
Mütəxəssislər həm saç, həm də dəri sağlamlığı üçün proteinlə zəngin qidalardan istifadə etməyi tövsiyə edir. Keyfiyyətli zülallar süd, ət və yumurta kimi heyvan mənşəli qidalarda olur. Bu qidaları səhər yeməyi daxil olmaqla, qəlyanaltılarınıza  daxil edə bilərsiniz.
Kalsium çatışmazlığı saçların ağarmasına səbəb olur. Buna görə də qidalanma proqramına kalsium tərkibli qidalar və içkilər əlavə etmək faydalıdır.
Bədəninizə yaxşı qulluq etmək, sağlam qidalanmaq və saçlarınıza daxildən qulluq etmək saçlarınızı qidalandıracaq və saç tökülməsinin qarşısını alacaq.
Dəmir çatışmazlığı da saçların erkən yaşlarda ağarmasına səbəb olur. Buna görə də həkimə müraciət edin və qan dəyərlərinizi tez-tez yoxladın. Dəmir çatışmazlığının müalicəsi çox mühümdür.
Saç tökülməsi problemi olanlar üçün soğanın möcüzəvi müalicə formulunu təqdim edirik:
İki soğanı doğrayın və bir qazana qoyun.
Üzərini örtəcək qədər su əlavə edin və təxminən 10 dəqiqə qaynadın.
Saç köklərinizə masaj edərək qaynadılmış soğan suyunu çəkin.
Saçınızı papaq və ya dəsmal ilə örtün və təxminən 2 saat gözləyin.
Sonra saçınızı yuyaraq qarışımı baş dərinizdən çıxarın.
Soğan saç uzanmasını sürətləndirmək və saç köklərini qidalandırmaq üçün istifadə edilən təbii vasitədir.