
Ermənistan yüksək texnologiyalar naziri Robert Xaçatryan vəzifəsindən azad edilib.
Bu barədə hökumətdəki mənbələr bildirilib.
Onun vəzifəsindən azad edilməsinin səbəbi hələ ki, məlum deyil.
Qeyd edək ki, R. Xaçatryan dekabrın 18-də demişdi ki, Ermənistanda Rusiya telekanallarının yayımının qadağan edilməsi məsələsi müzakirə olunmur.