Eyfel qülləsi bağlandı - İşçilər tətil elan etdi

Tarix :
Eyfel qülləsi bağlandı - İşçilər tətil elan etdi

Parisdə yerləşən məşhur Eyfel qülləsinin işçiləri tətil elan ediblər. 
Onlar qüllənin yaradıcısı Qustav Eyfelin ölümünün 100-cü ildönümündə abidənin saxlanılması üçün vəsait çatışmazlığı ilə üzləşdiyini bildiriblər. 
Tətil səbəbindən qüllə turistlər üçün bağlanıb. 
İşçilər qeyd edib ki, pandemiyadan sonra ziyarətçilərin sayında ciddi azalma olub. Belə ki, qülləyə ildə 7 milyon nəfər ziyarət edirdisə, indi bu rəqəm 5.9 milyona düşüb.