
"Glock" silahların istehsalçısı, avstraliyalı mühəndis Qaston Qlok vəfat edib.
Xarici KİV xəbər verir ki, bu barədə "Glock" şirkəti məlumat yayıb.
94 yaşlı Qaston dünən gecə saatlarında dünyasını dəyişib.
Qlok 1999-cu ildə ortağının onun üçün təşkil etdiyi sui-qəsddən sağ qurtula bilib.
Onun silah markası "Glock" 1980-ci ildən sonra daha da məşhurlaşıb. Qastonun istehsal etdiyi silahlar bir çox ekran işlərində istifadə edilib.